Çində sevgilisi tərəfindən kanalizasiya quyusuna atılan qadın xilas edilib.
Çinin Haiku şəhərində bir qadın sevgilisi tərəfindən kanalizasiyaya atılıb. Hadisədən 60 saat sonra səsini eşidən vətəndaşlar onu xilas ediblər.
Oxu.Az ANS PRESS-ə istinədən xəbər verir ki, qız xilas edilən zaman bir alt paltarında idi və çoxlu zaman suda qaldığından bədənin hər tərəfi şişmişdir .
Kömək üçün çoxlu qışqıran Quo adlı qadın atıldığı ilk andan yuxarıya baxaraq, boğulmayacağını düşünüb.
Polislər hadisənin təhlükəsizlik kameralarına düşdüyünü və adamın cinayətə təşəbbüs səbəbilə saxlanıldığını bildirib.
Qeyd edək ki, polisə ifadə verən şəxs sevgilisinə 16 min dollar borcu olduğuna görə öldürmək istədiyini etiraf edib.