Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Boris Conson anasının burnunu sındıran atasını qəhrəman adlandırdı
Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson atası Stenli Consona qarşı məişət zorakılığı ilə bağlı bütün ittihamları rədd edib.
O, Stenlinin Borisin anası Şarlottanın burnunu sındırması ilə bağlı təsdiqlənmiş hadisəyə baxmayaraq, atasını qəhrəman adlandırıb.
Məlumata görə, martın 7-də Britaniya televiziyasında siyasətçinin uşaqlığından bəhs edən serialın premyerası olub.
Stenli Conson vəkilləri vasitəsilə mübahisə zamanı arvadının burnunu sındırdığını təsdiqləyib. Ancaq kişi bunun istisna hal olduğunu deyib.
“Qeyd edək ki, biz ailənin dörd uşağı olaraq valideynlərimizin evliliyinin bu cür xarakterizə edilməsini heç bir şəkildə qəbul etmirik. O, qəhrəman ata olub və bu günə kimi də qəhrəman kimi qalır”, - deyə Conson ailəsinin övladları bildiriblər.
Mənbə: news.ru
Rəylər