Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Borrel Avropa İttifaqı adından Ukraynanın Kurska hücumunu dəstəklədi
Avropa İttifaqının (Aİ) Xarici İşlər üzrə Ali Nümayəndəsi Jozep Borrel Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri Dmitri Kuleba ilə söhbətində bütün qurum adından Ukrayna Silahlı Qüvvələrinin Rusiya ərazisinə hücumunu dəstəklədiyini bildirib.
Bu barədə Oxu.Az Lenta.ru-ya istinadən bildirir.
"Dmitri Kuleba ilə cəbhə xəttindəki son hadisələri və Kursk bölgəsindəki əks-hücum əməliyyatını müzakirə etdik. Mən Aİ-nin Ukrayna xalqının mübarizəsini tam şəkildə dəstəklədiyini bir daha bəyan etdim", - deyə o qeyd edib.
Borrel vurğulayıb ki, Ukrayna Silahlı Qüvvələrinin Kurska hücumu Rusiya Prezidenti Vladimir Putinin Ukrayna xalqının müqavimətini qıra bilmədiyinin göstəricisidir.
"Jozep Borrel" teqi üzrə xəbərlər
- Britaniya Netanyahu və Qalantı həbs edə bilər
- Borrel Qərbin Ukraynaya Rusiyanın dərinliklərinə zərbələr endirməyə gizli icazəsindən danışdı
- Hulusi Kılıç: "Jozep Borrel Azərbaycana qarşı təbliğata görə cavab verməlidir"
- Boykot uğursuz oldu, Qreta autda: COP29 - Azərbaycanın siyasi qələbəsidir
- Azərbaycan COP29-da Fransanın neokolonializm siyasətini İFŞA EDİR
Rəylər