Dövlət Dumasının deputatı və MDB məsələləri üzrə Komitənin üzvü İlya Drozdov rusiyanın boşalmış kəndlərinə çinlilər, şimali koreyalılar, yaponları köçürməyi təklif edib.
Oxu.Az xəbər verir ki, bu barədə parlamentariy “Russkaya slujba novostey”in efirində bəyan edib.
“Boşalmış Rusiya kəndlərinə zəhmətsevər çinliləri, şimali koreyalıları, yaponları Rusiya vətəndaşlarının rəhbərliyi altında məskunlaşdırmağa heç nə mane olmur”, - Drozdov bildirib.
Deputatın fikrincə yaxın zamanlarda xüsusi orqan yaratmaq lazımdır, bu orqan bu qəbildən olan layihələrin məqsədəuyğunluğunu nəzərdən keçirəcək.
“Bəlkə bizə - biz öhdəsindən gəlirik və bizə heç kim lazım deyil deyəcəklər. O zaman biz ciddi tədbirlər görməliyik ki, artıq Rusiyada olanları belə buradan çıxaraq. Bəlkə bizə 100 min və ya milyon deyəcəklər”, - RLDP fraksiyasının nümayəndəsi bildirib.