Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Braziliya Ali Məhkəməsinin binası yaxınlığında partlayışlar olub: Ölən var
Braziliya Ali Məhkəməsinin binası yaxınlığında 20 saniyə aralıqla güclü partlayışlar baş verib.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "G1" portalı xəbər verib.
Bildirilir ki, partlayış Fransisko Vanderli Luis adlı şəxs tərəfindən həyata keçirilib. O, əvvəlcə dayanacaqda avtomobilini partladıb, daha sonra məhkəməyə tərəf partlayıcı atıb və girişdə öz üzərindəki partlayıcı qurğunu işə salıb.
Qeyd edilir ki, Luis özünü partlatmazdan əvvəl məhkəmə binasına girməyə cəhd edib.
Mediada yayılan məlumata görə, o, 2020-ci ildə bələdiyyə seçkisində Liberal Partiyasının namizədi kimi iştirak edib, lakin uğursuzluğa düçar olub.
Rəylər