Braziliyanın bir çox şəhərlərində, ölkə yığması Almaniya yığmasına yarım finalda Belo-Orizontidə məğlub olduqdan sonra kütləvi iğtişaşlar başlayıb.
Oxu.Az BBC-yə istinadən xəbər verir ki, Braziliya yığması 1:7 hesabı ilə darmadağın edilib.
Sosial şəbəkələrdə matçdan sonra Braziliyanın bayrağını yandıran adamların şəkilləri yayılıb.
San-Paulu şəhərində minlərlə insan küçəyə çıxıb. Twitter-də yayılan şəkillərdə şəhərin küçələrində yanğınlar görünür. Zərərçəkənlər barədə məlumat yoxdur, polis kütləni dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.
Rio-de-Janeyroda, insanların futbol matçını izlədikləri məşhur Kopabakan çimərliyi də insidentsiz ötüşməyib.
Braziliya sakinləri üçün DÇ-2014 yarımfinalında məğlubiyyət, 1950-ci ildə DÇ finalında Uruqvaya məğlub olmalarından daha biabırçı olub. Həmin çempionatda Braziliya 2:1 hesabı ilə məğlub olmuşdu.