Braziliyanın Ali seçki məhkəməsi çərşənbə günü ölkənin cari prezidenti Dilma Rouseffə və vitse-prezident Mişel Temerə qarşı istintaqı bərpa etmək fikrinə gəlib. Onlar seçkiqabağı kampaniyada neft nəhəngi Petrobrasda fırıldaq sxem üzrə əldə edilmiş vəsaitin istifadəsində ittiham edilirlər.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, 2014-cü ildə Petrobrasda rüşvətxorluq sxemi aşkar edilib, bu isə şirkətin imicinə və mövqeyinə güclü zərbə vurdu.
Enerji nəhənginin adından bəzi funksionerlər müqavilələr imzalayır və bundan 3% komisyon əldə edirdilər. Bu vəsaitlər siyasətçi və məmurlara rüşvət vermək üçün istifadə edilirdi.
Hökumətin məlumatına əsasən, qiymətlərin artırılması və rüşvətlər ideya müəlliflərinə 10 milyard real (3,8 milyard dollar) gəlir gətirib.
Google-da qeyd edildiyi kimi, yeddi hakimdən beşi istintaqın bərpa edilməsinə səs verib. Fevralda hakim müxalifətin iddiasını dəlil azlığı səbəbindən arxivə göndərmişdi.
İttihamların təsdiqləndiyi təqdirdə Rouseff buraxdığı qayda pozuntuları ucbatından prezident mandatından məhrum ola bilər.