Braziliyanın Monqaqua (San-Paulu ştatı) şəhərində yerləşən həbsxanalardan birindən 400-ə yaxın məhbus qaçıb.
“G1” portalı xəbər verir ki, penitensiar xidmətin əməkdaşlarını girov götürən məhbuslar yarımaçıq tipli həbsxanadan qaçıb.
Qeyd etmək lazımdır ki, polis hal-hazırda girovların buraxılması barədə danışıqlar aparır.
Ətraf bölgələrdə isə müvafiq axtarışlar keçirilir.
Braziliya qanunvericiliyinə əsasən, yarımaçıq tipli penitensiar müəssisələrində silahlı nəzarətçilər olmur.