Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Braziliyada sərnişin dolu avtobusu qaçıran şəxs təslim oldu: Yaralılar var - YENİLƏNİB + VİDEO
Rio-de-Janeyroda 17 nəfəri girov götürən 29 yaşlı Paulo Serxio de Lima təslim olub.
Bu barədə Braziliya hərbi polisinin sözçüsü Marko Andrade xəbər verib.
“Bütün girovlar azad ediliblər, artıq təhlükəsizlikdədirlər, onlara ilkin tibbi yardım göstərilir, psixoloji durumları yoxlanılır”, - deyə Marko Andrade əlavə edib.
Onun sözlərinə görə təxminən cinayətkar dörd saata yaxın girovları avtobusda saxlayıb. Sərnişinlər arasında yaşlılar və uşaqlar da olub.
Hüquq-mühafizə orqanının əməkdaşının sözlərinə görə, danışıqların əvvəlində Paulo Serxio müqavimət göstərib, buna baxmayaraq o saxlanılıb, tapançası və mobil telefonu müsadirə edilib.
Məlum olub ki, Paulo Serxio soyğunçuluqla bağlı cinayət keçmişinə malikdir.
Mənbə: RBK
01:42
Rio-de-Janeyrodakı avtovağzalda azı 20 nəfər girov saxlanılır.
İlkin məlumatlara görə, bir nəfər ölkənin cənub-şərqindəki Belo Horizonte şəhərinə gedən avtobusda sərnişinləri girov götürüb.
Həmçinin iki nəfərin güllə yarası aldığı bildirilir. Avtovağzal mühasirəyə alınıb.
“Adam silahını çıxarıb, atəş açmağa başlayıb və avtobusa daxil olub. Bu avtobusda iki dostum var. Bundan sonra nə olacağını bilmirik”, - hadisə şahidlərindən biri deyib.
Rio-de-Janeyro ştatının xüsusi hərbi polis bölməsinin üzvləri silahl şəxslə danışıqlar aparırlar.
Mənbə: BBC
Rəylər