Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Braziliyada üç günlük matəm elan edildi
Braziliyanın cənub-şərqində San-Paulu ştatının Vinhedo bölgəsində baş vermiş təyyarə qəzası ilə əlaqədar ölkədə üç günlük matəm elan edilib.
Oxu.Az xəbər verir ki, bu barədə Braziliya prezidenti Luiz İnasio Lula da Silva öz şəxsi "X" səhifəsində məlumat verib.
"Vinhedoda baş vermiş faciəvi hadisənin 61 qurbanının xatirəsinə biz ölkədə üç günlük rəsmi matəm elan etdik", - deyə o yazıb.
Braziliyanın San-Paulu əyalətində qəzaya uğrayan təyyarənin göyərtəsində olan hər kəs həlak olub.
Oxu.Az xəbər verir ki, bu barədə yerli "G1" portalı təbii fəlakətin baş verdiyi ərazinin yaxınlığında yerləşən Valinyos şəhərinin meriyasına istinadən məlumat yayıb.
Yerli mətbuatın qəza yerindən yayımladığı görüntülərdə təyyarənin yaşayış binasının yaxınlığında qəzaya uğradığı görünür.
Braziliyanın Vinhedo bələdiyyəsində 68 nəfərin olduğu sərnişin təyyarəsi qəzaya uğrayıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Globo" telekanalı məlumat yayıb.
"Voepass Linhas Aéreas" aviaşirkətinin məlumatına görə, bu, Kaskavel şəhərindən Quarulhosa uçan ATR-72 sərnişin təyyarəsidir.
Həlak olanlar və yaralananlar barədə hələlik məlumat yoxdur.
Braziliya hava limanının rəhbərliyi təyyarənin qəzaya uğraması ilə bağlı məlumatı hələlik təsdiqləməyib.
Rəylər