Braziliyanın Rio-de-Janeyro şəhəri ətrafında 4 turisti daşıyan helikopter gölə düşüb.
Oxu.Az-ın məlumatına görə, turistləri daşıyan helikopter havaya qalxmasından bir neçə saniyə sonra gölə düşüb.
Görüntülərdən də göründüyü kimi, helikopterin pilotu havada tarazlığını saxlaya bilməyir və nəticədə helikopter suya düşür.
Helikopterin içində olanlardan 3-ü yüngül bədən xəsarətləri alıb. Qəzanın səbəblərini araşdırmaq məqsədi ilə xüsusi qrup yaradılıb.
İsmayıl Nur