Braziliyanın San-Paulu şəhər məhkəməsi WhatsApp messencerinin istifadəsi barədə qadağanı ləğv edib.
Bu barədə Oxu.Az BBC News-a istinadən xəbər verir.
Məhkəmənin qərarına əsasən, proqrama giriş dərhal bərpa edilməlidir.
Məhkəmə sədri Xavyer de Souza qeyd edib ki, “milyonlarla istifadəçilər şirkətin səhvindən əziyyət çəkməməlidirlər”, bu səbbədən WhatsApp-ın bağlanması çox səmərəsiz bir addımdır.
10:20
Braziliyada məhkəmənin qərarına əsasən, mobil rabitə operatorları 48 saat ərzində WhatsApp proqramına girişi bağlamalıdırlar.
Oxu.Az mk.ru-ya istinadən xəbər verir ki, qərar dekabrın 17-də saat 00.00-dan etibarən icra edilməlidir.
Yerli KİV-in məlumatına əsasən, bu qərar proqram sahiblərinin ölkənin hüquq-mühafizə orqanları ilə bir cinayət işi üzrə əməkdaşlıqdan imtina etmələri ilə əlaqədardır.
Məhkəmə qərarının səbəbi rəsmi olaraq açıqlanmır.