Müğənni, aktrisa və aparıcı Vera Brejneva özünə yeni iş tapıb.
Oxu.Az xəbər verir ki, ANS PRESS-in məlumatına görə, müğənni Rusiya brendi olan “Pe” üçün “Ververa” adlı kiçik bir geyim kolleksiyası hazırlayıb. Vera Brejneva kolleksiyanı dizayner Ruban bacıları ilə bir yerdə ərsəyə gətirib.
Kolleksiyada ətəklər, rahat biçimli şalvarlar, gündəlik istifadə edilə biləcək köynəklər, palto, don və hər zaman xüsusi məqamlarda qadınların rahatlıqla istifadə etdiyi kiçik qara donlar yer alıb.
Alisiya və Yuliya Ruban adlı dizaynerlər ilə bir yerdə hazırladığı kolleksiyada Vera Brejneva sakit rənglərdən istifadə edib.
“Ververa”da açıq çəhrayı, göy, boz və mavi rəngin açıq çalarlarından istifadə edilib.
Müğənni həm də reklam kampaniyasının çəkilişlərində də iştirak edib. Çəkiliş üçün məkan binaların damı seçilib.