Londonun ICE birjasında "Brent" markalı neftin qiyməti 90 dolları ötüb.
Oxu.Az xəbər verir ki, bunu ticarət əməliyyatlarının məlumatları əks etdirir.
Bildirilir ki, Bakı vaxtı ilə saat 17:51-də "Brent" markalı neftin bir barelinin qiyməti 5.6% qalxaraq 90.19 dollar təşkil edib.