Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Britaniya tarixində bir ilk: II Elizabetə məxfi plan təqdim edildi
Böyük Britaniya kraliçası II Elizabetə yeni baş nazirin təyini ilə bağlı məxfi plan tərtib edilib. Belə ki, o hökumət başçısını ilk dəfə Bukingem sarayında deyil, Balmoralda (Şotlandiyada) təyin edəcək. Buna səbəb onun səhhətindəki problemlər göstərilib: 96 yaşlı monarxa Londona getməmək tövsiyə olunub.
“Kraliçanın 48 saatlıq səfər üçün min mil irəli-geri səyahət etməsi yaxşı seçim deyil, hansı ki, baş nazirin özü asanlıqla Balmorala gələ bilər”, - deyə mənbədən bildirilib.
Məlumata görə, yeni baş naziri II Elizabetin özü təyin edəcək, oğlu Şahzadə Çarlza həvalə etməyəcək.
Xatırladaq ki, baş nazir Boris Conson Mühafizəkarlar Partiyasındakı protegesi Kristofer Pinçerlə qalmaqal fonunda iyulun 7-də Britaniya parlamentinin rəhbəri vəzifəsindən istefa verdi. Varis seçilənə qədər o, hökumət başçısı vəzifəsini icra edir. Britaniyanın baş nazirliyinə namizədlər arasında xarici işlər naziri Liz Trass və keçmiş maliyyə naziri Rişi Sunak var.
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın 5-də açıqlanacaq.
Mənbə: The Sun
Mövzuya aid xəbərlər
- Britaniya kraliçası yeni baş nazirə görə məzuniyyətini yarımçıq qoyacaq
- Boris Conson parlamentlə vidalaşdı: “Hasta la vista, baby” - VİDEO
- Consonun yerinə ilk rəsmi namizəd açıqlandı - VİDEO
- Boris Conson istefa verdi - YENİLƏNİB + VİDEO
- II Elizabet dövlət başçısı vəzifələrinin bir hissəsini şahzadə Çarlza həvalə edib
Rəylər