Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Britaniyada ilk dəfə PUA-dan qan nümunələrinin daşınması üçün istifadə edildi
Böyük Britaniyada biomaterialların daşınması üçün ilk dəfə pilotsuz uçuş aparatından (PUA) istifadə edilib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "The Times" qəzeti məlumat verib.
Nəşrin qeyd etdiyi kimi, PUA sayəsində qan nümunəsi iki dəqiqəyə çatdırılıb, halbuki biomaterialın ənənəvi üsulla - avtomobildən istifadə etməklə daşınması ən azı yarım saat çəkəcəkdi.
Dronların köməyi ilə qan tədarükü Londonda sınaq rejimində həyata keçiriləcək: pilotsuz təyyarələr iki xəstəxana arasında hərəkət edərək, qanaxma riski yüksək olan xəstələrə biomaterialları çatdıracaq.
"Böyük Britaniya" teqi üzrə xəbərlər
- London və Afina Parfenon heykəlləri mübahisəsində kompromis axtarır
- Dərmanların heyvanlar üzərində sınaqdan keçirilməsinə daha mərhəmətli alternativ tapılıb
- Britaniyada 137 illik ənənəyə səs-küy səbəbindən son qoyulub
- Fransa İranın tezliklə nüvə silahı əldə edəcəyi ilə bağlı xəbərdarlıq edib
- Britaniyalı əsgər İrana casusluqda günahlandırılır
Ən çox oxunanlar
Rəylər