Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Britaniyalı deputat: "Heykəllərə göstərilən hörmət Məhəmməd peyğəmbərə göstərilmir"
Britaniya parlamentinin "Leyboristlər" partiyasından olan millət vəkili Naz Şah nümayişlər zamanı polisə əlavə səlahiyyətlər verən qanun layihəsinin parlamentdəki müzakirəsi zamanı maraqlı bəyanatla çıxış edib.
"Anadolu" agentliyinin məlumatına göeə, Pakistan əsilli siyasətçi sözügedən qanun layihəsində heykəllərə zərər verilməsinə görə 10 ilədək həbs cəzasının nəzərdə tutulduğunu qeyd edərək, Məhəmməd peyğəmbərin karikaturalarını hazırlayanlara da analoji cəzanın tətbiqini istəyib.
"Bu sadəcə karikaturadır deyənlərə, bunlar da sadəcə heykəllərdir deməyəcəyəm. Çünki bu sadəcə karikatura və ya heykəl deyil. Heykəllər bir xalqın tarixini, mədəniyyətini əks etdirdiyi kimi, peyğəmbərimiz də bizim üçün bir çox dəyərləri təmsil və ifadə edir", -deyə o, bildirib.
"Məhəmməd peyğəmbər (s.ə.s.)" teqi üzrə xəbərlər
- Rəngli fənərlər, ilahi oxuyan nağaraçılar - Ramazan müxtəlif mədəniyyətlərdə necə qeyd olunur?
- Məhəmməd Peyğəmbərin nəslindən olan şahzadənin misilsiz zümrüdü rekord qiymətə satıldı
- Pakistanda Məhəmməd peyğəmbəri təhqir edən çinliyə görə iki ölkə arasındakı yol bağlandı
- Hindistan siyasətçilərinin Məhəmməd peyğəmbərlə bağlı açıqlamaları ərəb ölkələrində hiddətlə qarşılanıb
- Hindistanda Məhəmməd peyğəmbəri təhqirə etiraz edən müsəlmanların evləri dağıdıldı - VİDEO