Böyük Britaniyadan olan cinayətkar internetdə dəbdəbəli həbsxana şəraiti ilə öyünüb.
O, həbsxana kamerasındakı həyatının təfərrüatlarını əks etdirən foto və videoları sosial şəbəkələrdə yerləşdirməyə başladıqdan sonra məşhurlaşıb.
Həbsxananın hotel otağına bənzərliyi bir çox britaniyalının təəccübünə səbəb olub. Otaqda dəri kreslo, geniş ekranlı televizor, audio sistem, stasionar telefon və hava nəmləndiricisi var.
Mənbə: lenta.ru