Böyük Britaniyanın Avropa İttifaqının Avropa üçün Təhlükəsizlik Təşəbbüsü (SAFE) proqramına qoşulması ilə bağlı danışıqlar nəticəsiz qalıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Bloomberg" mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, tərəflər Böyük Britaniyanın hərbiləşdirilmiş fonda ayıracağı maliyyənin məbləği ilə bağlı fikir ayrılığına malikdirlər.
"Financial Times" nəşri daha əvvəl bildirib ki, Avropa İttifaqı Böyük Britaniyanın SAFE-yə daxil olmaq üçün ödəməyi təklif etdiyi məbləği üç dəfədən çox artırıb. Məlumata görə, Birləşmiş Krallıq təxminən 140 milyard avroluq SAFE fonduna giriş üçün 2 milyard avro ödəməyə hazırdır. Rəsmi Londondan isə 6.7 milyard avro tələb olunduğu vurğulanır.