Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Britaniyanın məxfi hərbi layihələri təhlükə altındadır
ABŞ-nin yarımkeçirici istehsalçısı "Coherent"in Böyük Britaniyadakı zavodunun bağlanması ölkənin müdafiə layihələrinə təhlükə yarada bilər.
Oxu.Az xəbər verir ki, bu barədə "The Telegraph" qəzeti məlumat yayıb
Qeyd olunur ki, Böyük Britaniyanın məxfi hərbi layihələri ölkədə qalan son mikroçip fabriklərindən birinin bağlanması təhlükəsi ilə bağlı təxirə salına bilər.
Şirkət "Apple" ilə əməkdaşlığa son qoyduğu üçün bağlana bilər. "Coherent"in hesabatında bildirilir ki, texnologiya müqavilələrinin itirilməsi onun işini sual altına alır. Hazırda şirkət istehsalata yeni texnologiyaların tətbiqi və ya biznesin satışı variantlarını nəzərdən keçirir.
"Coherent"in mühüm müştəriləri arasında krallıqda radar sistemləri, elektron döyüş cihazları və helikopterlər istehsal edən İtaliyanın "Leonardo" mühəndislik qrupu da var. Zavod, həmçinin "Typhoon" döyüş təyyarələri və Böyük Britaniyanın digər hərbi layihələri üçün çiplər tədarük edirdi.
Nəşr vurğulayır ki, zavod bağlanarsa, "Leonardo" tədarükçüləri başqa ölkələrdə axtarmağa məcbur olacaq və Böyük Britaniyanın yarımkeçiricilər sektorunda istehsal potensialı azalacaq.
"Böyük Britaniya" teqi üzrə xəbərlər
- ABŞ tarixində fasilə ilə ən yüksək dövlət vəzifəsini tutan ikinci prezident: Tramp işinə başlayacaq
- Azərbaycandakı diplomatik korpusların rəhbərləri Şəhidlər xiyabanını ziyarət ediblər
- Böyük Britaniyanın Tehrandakı yeni səfiri iranlılara videomüraciət yayımladı
- Britaniya parlamentində 20 Yanvar faciəsinin 35-ci ildönümü anılacaq
- Britaniyada inanılmaz hadisə: Siqaret kötüyü 30 illik sirli cinayətin üstünü açdı, qatil həbs olundu
Rəylər