Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Britaniyanın yeni baş naziri qeyri-qanuni miqrantları Ruandaya qovmaq istəyir
Böyük Britaniyanın Baş naziri Rişi Sunak İcmalar Palatasında qeyri-qanuni immiqrasiyanın qarşısının alınması planını təqdim edib. O, müraciətlərinə imtina cavabı verilmiş sığınacaq axtaranların Ruandaya deportasiya edilməsini təklif edir.
Qeyd edilir ki, London və Kiqali sazişi hələ bu ilin aprelində, keçmiş baş nazir Boris Consonun hakimiyyətdə olduğu vaxt imzalayıb. Qeyri-qanuni mühacirlərin qəbulu üçün Britaniya hakimiyyəti Ruandaya ölkənin iqtisadi inkişafına sərmayə kimi 120 milyon funt-sterlinq vəd edib. Qeyd edək ki, Britaniya qaçqınların qəbuluna ildə 1,5 milyard funt sterlinq xərcləyir.
Mühafizəkarların əksəriyyəti Sunakın planını dəstəkləyib. Eyni zamanda müxalifət partiyaları və hüquq müdafiəçiləri bu təşəbbüsü qeyri-etik hesab edərək tənqid ediblər.
Mənbə: İzvestiya
Rəylər