Belçikanın Brüssel şəhərində fermerlərin etiraz aksiyası zamanı baş vermiş iğtişaşlar nəticəsində 10-a qədər insan yaralanıb, iki nəfər həbs edilib.
Oxu.Az bildirir ki, bu barədə məlumatı RTBF telekanalı polis nümayəndələrinə istinadən verib.
Məlumata əsasən, aksiyada ümumilikdə təxminən 8 000 nəfər iştirak edib, 1 000-dən çox traktor cəlb edilib.
Toqquşmalar zamanı polis gözyaşardıcı qaz və su şırnağından istifadə edib. Etirazçılar təkərləri yandırıb, polisə butulkalar atıblar.
Fermerlər "Avropanın kənd təsərrüfatı modelini öldürən" Avropa Komissiyasının siyasətinə qarşı etiraz ediblər. Etirazçılar heç bir nəticə əldə etmədən aksiyanın keçirildiyi yeri tərk etməyə başlayıblar.
Brüsseldə etiraz aksiyası təşkil edən fermerlər traktorlarla Avropa məhəlləsinə aparan yoldakı polis sipərini dağıtmağa cəhd ediblər.
Oxu.Az xəbər verir ki, məlumatı TASS yayıb.
Qeyd edək ki, Brüsselin sözügedən məhəlləsində Avropa İttifaqının sammiti keçirilməkdədir.
Etirazçıların cəhdləri nəticə verməyib: polis barrikadaları dağıdıb. Qarşıdurma ilə bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.
Polis barrikadanın arxasına çəkilərək gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib.
Fermerlər Aİ-nin kənd təsərrüfatına xərclərin azaldılmasına və Latın Amerikası ilə azad ticarətlə bağlı razılaşmaya etiraz edirlər.