Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Brüsseldə uşaqların cinsi maarifləndirilməsinə qarşı etiraz aksiyası keçirilib
Sentyabrın 17-də Brüsselin mərkəzində keçirilən etiraz aksiyasında 1500-ə yaxın insan məktəblərdə cinsi maarifləndirmə fənninin ləğvini tələb edib.
Aksiyanın əsas şüarı “Uşaqlarımızdan əllərinizi çəkin!” ifadəsi olub.
İnsanlar təhsil müəssisələrində hiperseksuallığın, cinsi oriyentasiyanın dəyişdirilməsinin təbliğ olunacağından qorxurlar.
Nümayişçilər Belçikanın fransızdilli icmasının - Valon-Brüssel Federasiyasının təhsil naziri, proqramın təhsil kurikulumuna daxil edilməsinə görə məsuliyyət daşıyan Karolin Desirin istefasını tələb ediblər.
Nümayiş iştirakçıları arasında Belçikanın müsəlman icmasından olan ailələr, katolik fəallar, ənənəvi dəyərləri təbliğ edən ictimai təşkilatların nümayəndələri də olub.
Xatırladaq ki, Belçika hakimiyyəti vahid “Evras” proqramını qəbul edib. Cinsi maarifləndirməni nəzərdə tutan yeni fənn bu tədris ilindən 11-12 və 15-16 yaşlı məktəblilər üçün icbari olub.
Ötən həftə Şarlerua və Lyej şəhərlərində etiraz əlaməti olaraq bir neçə məktəb yandırılıb.
Mənbə: rossaprimavera.ru
Rəylər