Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Brüsseldə Yeni il gecəsi onlarla avtomobil yandırıldı: Yüzdən çox saxlanılan var
Yeni il gecəsi Belçikanın paytaxtı Brüsseldə baş verən iğtişaşların iştirakçıları onlarla avtomobili yandırıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Politico" məlumat yayıb.
Polis dekabrın 31-i axşam saat 6-dan yanvarın 1-i səhər 7-yə qədər 159 nəfəri həbs edib və şəhər boyu 1 700-dən çox insidentə müdaxilə edib.
Brüssel yanğınsöndürmə xidmətinin məlumatına görə, ən azı 60 avtomobil yanıb, alovu söndürməyə çalışan yanğınsöndürənlərə daşlar və "Molotov kokteyli" atılıb.
İnsidentlər nəticəsində xəsarət alanların olmadığı deyilir.
"Belçika" teqi üzrə xəbərlər
Ən çox oxunanlar