Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Burkina-Fasolu direktor: "Azərbaycanda özümüzü evdəki kimi hiss edirik"
"Azərbaycanda özümüzü evdəki kimi hiss edirik. Heç bir ayrı-seçkilik yoxdur".
Bu fikirləri Oxu.Az-a açıqlamasında Burkina-Fasonun Energetika, Mədənlər və Karxanalar Nazirliyinin bərpaolunan enerjilər üzrə direktoru Nana Mirey deyib.
O bildirib ki, Burkina-Fasoda qısamüddətli yağışlı fəsillər hökm sürür:
"Əsasən, meşələrin bərpası ilə məşğuluq. Biz həmçinin günəş və biokütlə kimi bərpaolunan enerjilərə müraciət edirik".
O əlavə edib ki, Azərbaycan vətəndaşları çox qonaqpərvərdirlər:
"Burada irqçilik yoxdur. Başqa ölkələrdə daha çox irqçiliklə qarşılaşırıq, amma burada bizi yaxşı qarşıladılar".
Məhərrəm Əliyev
"COP29" teqi üzrə xəbərlər
- Sahibə Qafarova: "Dövlətlərin daxili işlərinə qarışılması bütün problemlərin qaynağına çevrilib"
- Əli Əsədov Üçüncü Xəzər İqtisadi Forumunda iştirak edib
- Azərbaycan XİN başçısının müavini "COP29"un yekunlarına dair paneldə iştirak edib
- Təxribat və inqilabların himayədarı - İç üzü açılan USAID hər yerdən qovulur
- İordaniya şahzadəsi: "COP29 mühüm dönüş nöqtəsi oldu"