Xilasedicilər Buryatiyada qar uçqunu nəticəsində həyatını itirən sonuncu şəxsin cəsədini aşkar ediblər və bununla da axtarış-xilasetmə tədbirləri yekunlaşıb.
Oxu.Az-ın məlumatına görə, bu barədə respublikanın Mülki Müdafiə və Fövqəladə Hallar Agentliyi xəbər yayıb.
"Aprelin 30-da Okinsk rayonunda qar uçqunu səbəbindən dünyasını dəyişən 1985-ci il təvəllüdlü kişinin axtarışları üzrə əməliyyat başa çatıb. Mərhumun cəsədi saat 15:20-də (Bakı vaxtı ilə 21:20 - red.) tapılıb. Saat 19:00-dək (Bakı vaxtı ilə 02:00 - red.) xilasedicilər onu Vitali Tixonovun abidəsinin yerləşdiyi əraziyə qədər təxliyə ediblər", - deyə məlumatda qeyd olunur.
Qurumdan axtarış-xilasetmə prosesinin tamamilə bitdiyi vurğulanıb.
Qeyd olunub ki, ölü tapılan şəxsin meyiti Daxili İşlər Nazirliyinin əməkdaşlarına təhvil verilib. Axtarış tədbirlərinə Buryatiya Respublika Axtarış-Xilasetmə Xidmətinin 8 xilasedicisi və İrkutsk Axtarış-Xilasetmə Xidmətinin 5 əməkdaşı cəlb olunub.