Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Çavuşoğlu: “Türkiyə və Ermənistan sərhədin açılması üzərində işləyirlər”
Ermənistanın Türkiyədə səfirliyinin açılması yaxın vaxtlarda gündəmdə deyil, lakin ölkələr sərhəd-keçid məntəqələrinin açılması üzərində işləyirlər.
Bu barədə bazar ertəsi Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “A Haber” telekanalının efirində bildirib.
“Yaxın vaxtlarda Ermənistan səfirliyinin açılması baş tutmaya bilər, çünki ilk növbədə başqa addımlar atmaq lazımdır. Biz Ermənistan üçün hava məkanımızı açmışıq, yük uçuşları həyata keçirilir, qarşılıqlı hava əlaqəsi başlayıb. Ermənistan hava daşıyıcıları bizim məkan vasitəsilə üçüncü ölkələrə uça bilər. Amma yerüstü keçid məntəqələrinin açılması üçün siyasi şərtlərlə yanaşı, ilk növbədə yolları hazırlamaq, körpünü bərpa etmək lazımdır. Artıq körpünün tikintisi ilə bağlı razılaşmalarımız var”, - deyə nazir bəyan edib.
Çavuşoğlu qeyd edib ki, quru sərhəd keçidinin açılması “diplomatik pasport sahibləri və ya üçüncü ölkələrin adi vətəndaşları” üçün nəzərdə tutulur.
"Ermənistan" teqi üzrə xəbərlər
- Yaponiya XİN: "Azərbaycan və Ermənistanın sülh sazişi ilə bağlı verdiyi bəyanatları alqışlayırıq"
- Misir XİN Azərbaycan və Ermənistan arasında danışıqlarının başa çatmasına münasibət bildirdi
- Simonyandan Azərbaycanla bağlı qalmaqallı çıxış
- Azərbaycan XİN Ermənistanla sülh müqaviləsinin imzalanması üçün əsas şərti açıqlayıb
- İrəvan sülh müqaviləsinin imzalanma vaxtını müzakirə etməyə hazırdır