Çeçenistanda Əhməd Hacı Kadırov adına regional ictimai fond yanvarın 13-də dünyaya gəlmiş və Məhəmməd peyğəmbərin yaxud da onun ailə üzvləri, həmçinin on əshabənin şərəfinə adlandırılmış körpəyə 1 min dollar pul ödəmək barədə qərar qəbul ediblər.
Oxu.Az RBK-yə istinadən xəbər verir ki, bu barədə İnstagram-dakı şəxsi profilində Çeçenistan prezidenti Ramzan Kadırov yazıb.
Bu addım Məhəmməd Peyğəmbərin yanvarın 13-də qeyd olunan doğum günü ilə bağlı atılıb.