Dünya şöhrətli aktyor Ceki Çan koronavirusu müalicə edə biləcək dərman ixtira edən şəxsə bir milyon yuan (243 min AZN) mükafat vəd edib.
Bu barədə “Straits Times” aktyorun sosial media hesabına istinadla məlumat yayıb.
Ceki Çan qeyd edib ki, elm və texnologiya virusa qalib gəlmək üçün açardır. Ona görə də, o, koronavirusa qarşı ilk peyvəndi istehsal edəcək şəxs və ya şirkəti mükafatlandıracaq.
Aktyor addımını belə əsaslandırıb:
“Söhbət puldan getmir. Mən həmişə səs-küylü olan küçələri boşalmış görmək istəmirəm. Mən istəmirəm ki, həmvətənlərim həyatdan zövq almaq yerinə, ölsünlər”.
Rəylər