32 yaşlı Ceysi Çanın məhkəmə qarşısına çıxacağı qeyd edilib. Pekin polisi Ceysi Çan və onun dostu Tayvan televiziya aktyoru Kay Konu 2014-cü ilin avqust ayında həbs edib.
Oxu.Az Lenta.ru-ya istinadən xəbər verir ki, tibbi yoxlama aktyorların marixuana istifadə etdiyini göstərib.
Daha sonra Çan-oğulun evində hüquq mühafizə əməkdaşları 100 qrama yaxın narkotik aşkar ediblər. Xəbər verildiyi kimi dostlar üç il müddətinə azadlıqdan məhrum edilə bilərlər.
Ceysi Çan Los-Ancelesdə dünyaya gəlib, rəqs və aktyorluq sənəti ilə məşğul olub, eləcə də gitarada ifa etməyi öyrənib. 2004-cü ildə ilk albomunu buraxıb, altı il sonra ikinci albomu işıq üzü görüb. Çan-oğul dəfələrlə kinoda rol alıb. “Kunq-fu panda” cizgi filmində durnanı səsləndirib.