Çelyabinskdə (Rusiya) qanunsuz miqrantlar yenidən həbsdən qaçıblar. Bu, son dörd ayda ikinci dəfə baş verib.
Oxu.Az Rusiya KİV-ə istinadən xəbər verir ki, kişilər Oktyabrın 40 illiyi küçəsində xüsusi saxlama kamerasında olublar.
Sonuncu dəfə onları martın 20-də qeydə alıblar.
O vaxtdan deportasiyaya hazırlaşan Gürcüstan və Azərbaycan vətəndaşlarını görən olmayıb.
Onların dəmir barmaqlıqları əyib qaçdıqları güman edilir. Hazırda polis onları axtarır.
Eyni hadisə eyni yerdə ötən ilin noyabrın sonunda da baş verib. Üç qanunsuz miqrant pəncərə barmaqlıqlarını sındıraraq küçəyə çıxmışdılar. Onlardan biri bir neçə gün sonra Kurqanda tapılmışdı.