Cənubi Koreyada mövsümün əvvəlindən bəri müşahidə olunan anomal isti hava şəraitinin fəsadları nəticəsində həlak olanların sayı 13 nəfərə çatıb.
Oxu.Az xəbər verir ki, bu barədə "SBS News" Koreya Xəstəliklərə Nəzarət və Profilaktikası Agentliyinə (KDCA) istinadən məlumat yayıb.
Qurumun açıqlamasına görə, mayın 15-dən iyulun 31-dək ölkədə isti hava ilə əlaqədar 1 781 xəstəlik halı qeydə alınıb.
Bildirilib ki, təkcə iyulun 31-də 500-ə yaxın xəstəxananın təcili yardım şöbələrinə 72 nəfər müraciət edib. Həmin gün yeni ölüm faktı qeydə alınmayıb.
Məlumata görə, Yansan şəhərində havanın temperaturu 41.6 dərəcəyədək yüksələrək meteoroloji müşahidələr tarixində yeni rekord müəyyənləşdirib.
KDCA-nın proqnozuna əsasən, Cənubi Koreyada isti hava ilə bağlı yüksək risk avqustun 4-dək davam edəcək.