Qondarma “Cənubi Osetiya Respublikasının” “baş prokuroru” Merab Çiqoyev yol qəzasında ölüb.
Oxu.Az-ın verdiyi xəbərə görə, bu barədə İnterfaksa bu axşam onun gətirildiyi xəstəxananın reanimasiya şöbəsində bildiriblər.
“Merab Çiqoyev Sovetski küçəsi və Alan Caqoyev prospektinin kəsişməsində dayanmış avtomobilinə yaxınlaşanda yaxınlıqdan keçən maşın onu vurub”,- deyə hadisənin şahidləri agentliyə bildiriblər.
«Cənubi Osetiya Sputnik»-ə verilən xəbərə görə, Cənubi Osetiya hüquq-mühafizə orqanları tərəfindən “respublikanın” “baş prokuroru” Merab Çiqoyevi maşınla vurmaqda şübhəli bilinən şəxs saxlanılıb:
“Soslan Tedeyev hadisə yerindən qaçmağa cəhd etməyib və hadisəni törətdiyini etiraf edib”.
