Rəsmi Pekin ABŞ-a məxsus hərbi gəminin Cənub Çin dənizindəki Parasel adasının yaxınlığından keçməsi ilə əlaqədar ABŞ-ı Çinin suverenliyini və beynəlxalq hüququ kobud şəkildə pozmaqda günahlandırıb.
Oxu.Az Ria.ru-ya istinadla xəbər verir ki, bu barədə Çin Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi bəyan edib.
“ABŞ-ın “Higgins” esminesi Çin hökumətinin razılığı olmadan Parasel adalarına yaxınlaşıb. ABŞ gəmisi Çinin qanunlarını, beynəlxalq hüququn müvafiq normalarını, ölkənin suverenliyini kobud şəkildə pozub, qeyd olunan sularda sülhə və sabitliyə təhlükə yaradıb”, - deyə Çin rəsmisi bildirib.
Bundan əvvəl ABŞ-ın “Higgins” hərbi gəmisi rəsmi Pekinin Cənubi Çin dənizində öz maraq zonası saydığı mübahisəli adaların 12 mil (22 km) yaxınlığından keçib.