Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Çin Afrika ölkələrindən idxal edilən bütün məhsullara qarşı rüsumları ləğv edəcək
Çin Pekinlə diplomatik əlaqələri olan 53 Afrika ölkəsindən (Tayvanla diplomatik əlaqələri saxlayan Esvatinidən başqa) idxal edilən malların 100%-nə sıfır rüsum tətbiq etməyə razılaşıb.
Bu barədə Oxu.Az "Ukrinform" agentliyinə istinadən xəbər verir.
Məlumata görə, bu razılaşma iyunun 11-də Çinin Çanşa şəhərində keçirilən forumda xarici işlər nazirləri tərəfindən imzalanan Çin-Afrika Həmrəylik Bəyannaməsində əksini tapıb.
Həmçinin bildirilir ki, Çinin 2024-cü ildə Afrika ilə ticarəti keçən illə müqayisədə 6%-dən çox artaraq 288 milyard dollar olub. Bununla belə, Çinin ümumi ticarətində Afrikanın payı cəmi 4,7%-i təşkil edir.
"Çin" teqi üzrə xəbərlər
- Çindən Azərbaycana idxal edilən 50 minə yaxın baytarlıq preparatı MƏHV EDİLDİ
- Çində şirkət işçilərinə qəribə cərimələr: Güzgüyə baxmaq və iş masasında yemək olmaz
- Çin Tehrandakı səfirliyini təxliyə edir
- Çinin 40 vətəndaşı İrandan Azərbaycana təxliyə edilib
- Çindən Ermənistana multimodal dəhlizin işə salınması təxirə düşdü