Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Çin dəbdəbəli həyat tərzini nümayiş etdirən bloqerləri sosial şəbəkələrdə bloklamağa başlayıb
Çində dəbdəbəli həyat tərzləri ilə tanınan onlayn inflyuenserlər bahalı həyat tərzi nümayiş etdirdiklərinə görə hökumətin basqısı fonunda sosial mediada yoxa çıxmağa başlayıblar.
Qeyd olunub ki, lüks həvəskarlarından biri olan Van Hunsüan Pekində yeddi mülkə sahib olduğunu və heç vaxt 10 milyon yuandan (1,38 milyon dollar) aşağı paltar geyinərək evdən çıxmadığını iddia edib. Lakin internetdə yerləşdirdiyi və həqiqiliyini yoxlamaq mümkün olmayan videolarda onun qulluqçuları, çoxsaylı "Hermes" çantaları və aldığı bahalı idman avtomobilləri əks olunub.
Çərşənbə axşamı onun "TikTok"un çin versiyası olan "Douyin"dəki hesabı 4,3 milyon izləyicisi üçün bloklanıb. Həmçinin oxşar məzmun yerləşdirən milyonlarla izləyicisi olan digər internet istifadəçilərinin "Douyin" hesabları da dayandırılıb.
Qeyd edək ki, ölkənin internet tənzimləyicisi olan Çinin Dövlət İnternet İnformasiya İdarəsi aprel ayında "izləyiciləri və trafiki cəlb etmək üçün pul üzərində qurulmuş dəbdəbəli həyatı nümayiş etdirərək "zəngin insan" imici yaradan ictimai düşüncə liderlərinə qarşı mübarizə kampaniyası elan edib.
Mənbə: NBC News
"Çin" teqi üzrə xəbərlər
- Çinli qadın itini yeyən işçiləri məhkəməyə verib
- Çinin "Tsin Mao" qülləsindəki hotelin videosunu görənlər ora getmək istəmirlər
- Bölgədə yeni coğrafi xəritə cızılır: Orta Dəhlizin iki vacib iştirakçısı əməkaşlığı gücləndirir
- Çində yanğınsöndürənlər robot itdən istifadə ediblər
- İki nəhəng şirkət süni intellekt hazırlayır