İran Milli Neft Şirkətinin sərmayə və biznes üzrə meneceri Fəridun Kordzəngənə Çinin “Sinopec” şirkətinin “Yadavəran” neft yatağının işlənməsində əməkdaşlıq etməyəcəyini rəsmi şəkildə açıqlamadığını bildirib.
Bu barədə “Azad İran” “Telegram” kanalında məlumat verilib.
F.Kordzəngənə qeyd edib ki İran Milli Neft Şirkətində Çin şirkəti ilə danışıqlar aparan rəsmilər “Yadavəran” müştərək yatağına investisiya qoyuluşu üçün yeni imkanları araşdırırlar:
“İndiyədək bununla bağlı bizə rəsmi açıqlama verməyiblər. Danışıqlar gizli şəkildə davam etdirilir. Sanksiyalara baxmayaraq, İran Milli Neft Şirkəti İran və Çin arasında uzunmüddətli əməkdaşlıq haqqında strateji sənədə uyğun olaraq “Yadavəran” yatağının və digər müştərək yataqların işlənməsi üçün bu ölkənin özəl və dövlət şirkətləri ilə danışıqları davam etdirir”.