Çin ordusunda hərbi xidmətə yeni gəlmiş əsgərlərin döyülməsini əks etdirən kadrlar yayılıb.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, sosial şəbəkələrdə yayılan kadrlarda hərbi xidmətə yeni gəlmiş “molodoyların” “dembillər” tərəfindən vəhşicəsinə döyüldüyü görünür.
Ağır zərbələr nəticəsində yerə yıxılan qurbanlar yenidən ayağa qalxaraq “dembillərin” qarşısında sıraya düzülürlər.
Baş verənlər isə kameraya çəkilərək sosial şəbəkələrdə paylaşılıb.