Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Çin qırıcıları Tayvanın hava hücumundan müdafiə zonasına daxil olublar
Tayvan hərbçiləri son sutka ərzində Çin ordusunun 29 təyyarəsinin adaya yaxınlaşmasını qeydə alıblar.
Bu barədə Tayvan müdafiə qurumu məlumat yayıb.
Qeyd edilir ki, Tayvan ətrafında Çinə məxsus 29 uçuş aparatı və dörd gəmi aşkar edilib. Eyni zamanda 21 qırıcı (“J-16” və “J-10” qırıcıları) Tayvanın hava hücumundan müdafiə zonası elan etdiyi əraziyə daxil olub.
Tayvan ardıcıl ikinci gündür ki, çox sayda Çin təyyarəsinin adaya yaxınlaşdığını bildirir. Martın 1-də müdafiə idarəsi adanın yaxınlığında Çin ordusunun 25 təyyarəsi və üç gəmisini müşahidə edib.
Mənbə: TASS
"Çin" teqi üzrə xəbərlər
- Dünyanın ən böyük avtomobil istehsalçısı Çində olacaq
- Çində torpaq sürüşməsi nəticəsində 30-dan çox insan itkin düşüb
- "Nissan" "Honda" ilə "övladlığa götürmə" uğursuzluğundan sonra ABŞ-də tərəfdaş axtarır
- Dünya ticarət savaşı BAŞLADI: Prosesin Azərbaycana hansı təsirləri var?
- ABŞ Çindən bağlamaların qəbulunu dayandırıb
Ən çox oxunanlar
Rəylər