Çinin antivirus proqramlarını tərtib edən Qihoo 360 şirkəti ilin ən yaxşı əməkdaşlarını porno-ulduz Culiya (əsl adı Kyoka Julia) ilə gecə ilə mükafatlandıracaq.
Bu barədə “That’s” xəbər verib.
Qeyd edilib ki, maliyyə ilinin nəticələri ölkədə 19 fevralda qeyd edilən Çin yeni ili ərəfəsində ediləcək.
O zaman ilin ən yaxşı əməkdaşının kim olduğu məlum olacaq.
Qihoo 360 əməkdaşlarının ala biləcəkləri digər hədiyyələr sırasında Porshe 911 avtomobili və Baliyə beşgünlük tur da var.
Nəşr qeyd edib ki, Culiya “J-Cup Super Boobs”, “Jumbo Breast Teacher” və “Tit Slave” filmlərinin sayəsində populyarlıq qazanıb.
Xəbərin dərc olunma anında Qihoo 360 şirkətinin rəsmi nümayəndələri hədiyyələr barədə informasiyaya heç bir rəy bildirməyiblər.
Qihoo 360 şirkəti kompüter və mobil telefonlar üçün pulsuz 360 Internet Security antivirusunun tərtibçisi kimi məşhurdur. 2012-ci ildə onun gəliri 329 milyon dollardan ibarət olub.
Şirkətin hesabatından bəlli olur ki, 2014-cü ilin iyun ayına olan məlumata əsasən şirkətin məmulatlarından milyarddan çox adam yararlanıb.