Pentaqonun nümayəndəsi Piter Kuk Çinin daha öncə Cənubi Çin dənizində saxlanılan Amerikaya məxsus sualtı pilotsuzun geri qaytarıldığını təsdiq edib.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, P.Kuk Çinin xalq azadlıq ordusu ABŞ-a sualtı aparatını, qanunsuz götürüldüyü yerin yaxınlığında qaytarıb.
Xatırladaq ki, dekabrın 15-də Filippində Subik-Bey bazasının şimali-qərbində Çin sualtı aparatı saxlayıb. Aparat Cənubi Çinin beynəlxalq sularına ABŞ-ın Bowditch tədqiqat gəmisindən göndərilib.
N.O.
www.oxu.az