Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Çin Tayvana qarşı güc tətbiqini istisna etmir
Çin prosesin sülh yolu ilə həllinə ümid etsə də, materikin Tayvanla birləşdirilməsi zamanı güc tətbiqini istisna etmir.
Bu sözləri Çinin Vyanadakı səfiri Si Mey deyib.
Diplomat qeyd edib ki, Tayvanın statusu Çin və ABŞ arasında münasibətlərdə “məhək daşıdır”.
“Əlbəttə, biz sülh yolu ilə birləşməyə ümid edirik. Amma biz müstəqil ölkə olaraq sonuncu variantdan - hərbi güc tətbiqindən imtina edə bilmərik. Tayvan boğazında sabitliyi təmin etməyin düzgün yolu “vahid Çin” prinsipinə riayət etmək və Tayvanın müstəqilliyini rədd etməkdir”, - deyə o, izah edib.
Hazırkı Çin Konstitusiyasına görə, Tayvan Çin Xalq Respublikasının bir hissəsidir və “Vətənin yenidən birləşdirilməsi üzrə böyük işin başa çatdırılması bütün Çin xalqının müqəddəs borcudur”.
Mənbə: lenta.ru
"Çin" teqi üzrə xəbərlər
- Çində zəlzələ baş verib
- Çin hərbi robotların idarə edilməsi üçün 5G rabitə sistemi hazırlayıb
- Çin məhkəməsi məktəblini qətlə görə ömürlük həbs cəzasına məhkum edib
- Ən böyük hərbi donanmaya sahib ölkə AÇIQLANDI
- Rövşən Rüstəmov: "Çindən gələn blok qatarlarının sayının 3 dəfə artırılması planlaşdırılır"
Rəylər