Çin Şansi əyalətindəki Tayyuan peyk buraxılış mərkəzindən orbitə yeni peyk buraxıb.
“Yunhai-3 02 Star” peyki ilə birlikdə “Çançjen-6” (Long March 6) raketinin dəyişdirilmiş versiyası yerli vaxtla saat 06:51-də (Bakı vaxtı ilə 03:51) buraxılıb.
“China Aerospace Science and Technology Group” tərəfindən yaradılan peyk orbitə çıxıb. Peyk atmosfer və dəniz tədqiqatları, kosmik mühitin monitorinqi, təbii fəlakətlərin qarşısının alınması və elmi təcrübələr üçün istifadə olunacaq.
Modifikasiya edilmiş “Çançjen-6” raketi Çinin yeni nəsil ortaölçülü daşıyıcı aparatıdır. Onun ümumi uzunluğu təxminən 50 m, başlanğıc çəkisi təxminən 530 tondur, 700 km-lik günəş-sinxron orbitinə daxil olmaq üçün daşıma qabiliyyəti isə 4,5 tondan artıqdır.
Qeyd edək ki, bu buraxılış “Çançjen” seriyası daşıyıcıları üçün 514-cüdür.
Mənbə: TASS
Rəylər