Çindən Milana iki aviareysdə sərnişinlərin, demək olar ki, yarısında COVID-19 testi müsbət çıxıb.
Bu barədə İtaliya Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, İtaliya hökuməti Çində koronavirusla bağlı çətin vəziyyətə görə oradan gələn bütün sərnişinlər üçün məcburi COVID-19 testi tətbiq edib. Pekin və Şanxaydan gələn ilk iki reysdə hər ikinci turistin COVID-19-a yoluxduğu müəyyən edilib.
Birinci reysdə 92 sərnişindən 35-nin (38%), ikinci reysdə isə 120 nəfərdən 62-nin (52%) testi müsbət çıxıb.
İtaliya ilə yanaşı, Yaponiya, Hindistan, Tayvan, ABŞ və Malayziya da son günlər Çindən gələn turistlərin ölkəyə girişinə müəyyən məhdudiyyətlər tətbiq ediblər.
Mənbə: Sky News
Rəylər