Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Çində 8 nəfər edam olunub
Çində terrorçuluqda ittiham olunan 8 nəfər edam olunub.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, onlardan 3-ü ötən il Pekində hücumun planlaşdırılmasında ittiham edilib. 5-i isə bomba hazırlamaq, qətl və qarətə görə edam olunub.
Edamların nə vaxt baş verdiyi açıqlanmır. Onların uyğur olub-olmadığı da bəlli deyil. Edam olunanların adları uyğur kimi səslənir.
Son vaxtlar uyğurların polis və Han çin etnik qrupuna hücumları artıb. Onlar Sincan vilayətinə hanların köçürülməsindən, sonucda uyğun mədəniyyət və adətlərinin məhv ola biləcəyindən narahatdır.
"Çin" teqi üzrə xəbərlər
Ən çox oxunanlar