“YouTube”da qadının uşağı təpiklə döydüyü əks olunduğu video yayılıb. Videoda uşaq pilləkənlərdən yıxılsa da, qadın onu döyməyə davam edir.
İlkin məlumata görə, hadisə Çinin Quandun əyalətində Foşan şəhərində fevralın 24-də baş verdiyi güman edilir.
Bəzi məlumatlara görə, qadın ciddi psixi xəstəlikdən əzab çəkir və uşağı nənə ilə baba tərbiyə edirdi, amma bu gün uşağı ana ilə gəzməyə buraxıblar.
Hazırda zərər çəkən qızın sağlığına dair heç bir məlumat yoxdur, amma yerli KİV qeyd edir ki, kiçik qız ciddi travma almayıb.
Həmçinin “video-operatorun” sadəcə baş verənləri çəkdiyi, heç bir yardım etmədiyi də qeyd edilir.
N.О.
www.oxu.az