Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Çində ictimai nəqliyyat yaşıl enerjiyə keçir
Çində ictimai nəqliyyatın dörddə üçündən çoxu yeni enerji mənbələri ilə işləyir.
Bunu ölkənin paytaxtında keçirilən Ümumçin Xalq Nümayəndələri Konqresinin (ÜXK) sessiyasında Çin Xalq Respublikasının nəqliyyat naziri Li Syaopen deyib.
“Yeni enerji daşıyıcılarından istifadə Çinin ictimai nəqliyyat sisteminin 77,6%-ni təşkil edir”, - deyə nazir qeyd edib.
O, yaşıl və ağıllı nəqliyyatın sürətlə inkişaf etdiyini vurğulayıb.
Nazirin sözlərinə görə, yeni enerji avadanlıqları və ekoloji cəhətdən təmiz enerjidən getdikcə daha çox istifadə olunur.
Syaopen bildirib ki, Çin dünyanın ən böyük sürətli dəmir yolu şəbəkəsini, sürətli yol şəbəkəsini və sürətli poçt sistemini, eləcə də dünya səviyyəli liman klasterini inşa edib.
Mənbə: TASS
"Çin" teqi üzrə xəbərlər
- Ən böyük hərbi donanmaya sahib ölkə AÇIQLANDI
- Rövşən Rüstəmov: "Çindən gələn blok qatarlarının sayının 3 dəfə artırılması planlaşdırılır"
- "Puma"dakı tək azərbaycanlı: "Şirkəti idarə edən önəmli şəxslərdən olmaq istəyirəm"
- Çin ABŞ-nin 13 hərbi sənaye müəssisəsinə sanksiya tətbiq edib
- Dərmanların heyvanlar üzərində sınaqdan keçirilməsinə daha mərhəmətli alternativ tapılıb
Rəylər