Çində keçirilən texnologiya yarmarkasında maraqlı hadisə baş verib.
Yarmarkada iki insanabənzər robot döyüşdürülüb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Pressorbe"nin "X" hesabında paylaşım edilib.
Məlumata görə, robotlar xüsusi olaraq hazırlanmış ərazidə qarşı-qarşıya gətirilib. Süni intellektlə dəstəklənən robotların döyüşü yarmarkaya gələnlər tərəfindən maraqla izlənilib.