Çinin Şandun əyalətinin Qaomi şəhərində yerləşən "Shandong Youdao" kimya müəssisəsində baş vermiş partlayış zamanı beş nəfər həlak olub, 19 nəfər xəsarət alıb.
Oxu.Az "Xinhua" agentliyinə istinadla xəbər verir ki, zavodun sexlərinin birində qeydə alınan partlayış nəticəsində daha altı nəfər itkin düşüb.
İnsidentin səbəbləri araşdırılır, istintaq tədbirləri aparılır.
Çinin şərqindəki Şandun əyalətinin Qaomi rayonunda kimyəvi zavodda partlayış baş verib.
Oxu.Az xəbər verir ki, bu barədə Çinin Mərkəzi Televiziyası məlumat verib.
Hadisə saat 11:57-də (Bakı vaxtı ilə 7:57) "Shandong Gaomi Youdao Chemical Co., Ltd" şirkətinin sexində baş verib.
"Hazırda xilasetmə və nəticələrin aradan qaldırılması üçün bütün lazımi tədbirlər görülür", - deyə məlumatda bildirilib.