Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Çində şirkət 9 milyon dolları masanın üzərinə qoydu və işçilərə pulu yığmağa icazə verdi
Çində "Henan Mine Crane Co. Ltd." şirkəti maraqlı addım atıb. Şirkətin illik yığıncağında əməkdaşlar qeyri-adi və səxavətli lotereyanın iştirakçısı olublar.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "World of Buzz" nəşri məlumat verib.
Məlumata görə, şirkət rəhbərliyi təxminən 70 metr uzunluğundakı stolun üzərinə 9 milyon dollar məbləğində nağd pul qoyub və işçilərə məhdud vaxtda saya bildikləri qədər pul götürmək imkanı verib.
Qaydalar isə sadə olub - işçilər 30 nəfərdən ibarət komandalara bölünüblər və hər bir komanda pulu saymaq üçün ən sürətli iki iştirakçını seçib. Məsələn, işçilərdən biri bu yolla 15 dəqiqə ərzində 14 000 dollar məbləğində pul götürə bilib.
Şirkətin prezidenti belə səxavətin uğurlu il sayəsində mümkün olduğunu bildirib.
"Bizim bank kreditimiz, borcumuz yoxdur və biz səmimi qəlbdən işçilərimizin həyatını yaxşılaşdırmaq istəyirik", - deyə o qeyd edib.
"Çin" teqi üzrə xəbərlər
- ABŞ hərbçilərinə Çinin süni intellekt proqramından istifadəni qadağan edib
- "Tesla" Aİ-yə qarşı iddia qaldırıb
- Çinin dağlıq ərazisində naməlum sivilizasiyanın izləri tapıldı
- Ərləri ilə münasibətə girən qadınları təhqir etdirən rəhbər - ARAŞDIRMA
- Çində insanlar və insanabənzər robotların iştirak etdiyi birinci yarımmarafon keçiriləcək